Modern.az

Ukrayna ordusu xəritə yayımladı - Rusiyanın 93 yaşayış məntəqəsi...

Ukrayna ordusu xəritə yayımladı - Rusiyanın 93 yaşayış məntəqəsi...

21 Avqust 2024, 09:01

Ukrayna ordusu Rusiyanın Kurks vilayətində 93 yaşayış məntəqəsi və 1263 kvadratkilometr ərazini nəzarətə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.

 

"Kursk vilayətinin ərazisinə hücum zamanı silahlı qüvvələr düşmənin müdafiəsinin 28-35 km dərinliyinə qədər irəliləyib", – Sırski deyib.

 

O, Ukrayna ordusunun nəzarət etdiyi ərazilərin xəritəsini yayımlayıb. Xəritəyə görə, əməliyyat zonasının qərb kənarında, Korenevski və Qluşkovski rayonlarının sərhədlərində nəzarət xətti Qluşkovo rayon mərkəzindən təxminən 12 km aralıda Vişnevka və Komarovka kəndləri arasında keçir. Cənubda, Ukrayna bölmələri Novoivanovka və Kulbaki kəndlərinə doğru irəliləyiblər.

 

Ukrayna bölmələri cənubdan və şərqdən Korenevo bölgəsini mühasirəyə alıb və şimal-şimal-şərqdən Aleksandrovkaya qədər irəliləyib. Xəritəyə görə, Sudja-Kursk yolunun şimal-şərqində, Sudjadan 8-9 km aralıda yerləşən Martınovka yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır, təmas xətti təxminən bu bölgənin şimal ətrafı boyunca keçir. 

 

Ukrayna ordusunun daxil olduğu Kursk vilayətinin Sudjanski, Korenevski və Qluşkovski rayonlarında ümumilikdə 186 yaşayış məntəqəsi var.

 

1372722

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu