Modern.az

Pakistanlı zəvvarlar İranda qəzaya düşdü - 35 ölü, 15 yaralı

Pakistanlı zəvvarlar İranda qəzaya düşdü - 35 ölü, 15 yaralı

21 Avqust 2024, 09:55

İranın Yəzd şəhərində avtobusun iştirakı ilə qəza baş verib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər həlak olub, 15 nəfər isə ağır yaralanıb.

 

Pakistan Radiosunun məlumatına görə, avtobusda pakistanlı zəvvarlar olub. İlkin məlumata görə, qəzaya səbəb əyləcin sıradan çıxması olub. Avtobus Pakistandan İraqa gedirmiş.

 

Pakistan prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə həlak olanlara yardım göstərilməsi və həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu