Ermənistanda Qərbi Nil virusuna 58 yoluxma halı qeydə alınıb, onlardan 41-i hazırda xəstəxanadadır.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin baş direktoru Stepan Atoyan jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, xəstəliyə ilk yoluxma halı avqustun 7-də Araqatsotn vilayətində qeydə alınıb.
“41 xəstədən 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”, - deyə Atoyan əlavə edib və xəstəxanaya yerləşdirilənlərin hamısının Araqatsotn bölgəsinin sakinləri olduğunu açıqlayıb.