Modern.az

Gürcüstanı koronavirus bürüyüb

Gürcüstanı koronavirus bürüyüb

21 Avqust 2024, 11:27

Koronavirus Gürcüstanı yenidən bürüyüb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze bildirib.

 

O deyib ki, son üç həftə ərzində bu, ölkədə dominant virus olub: "Laboratoriya tərəfindən təsdiqlənmiş hallarla bağlı məlumatlar göstərir ki, ölkədə indi ən çox koronavirus hadisəsi qeydə alınıb və bu, yay mövsümü üçün xarakterik deyil".

 

"Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində qeydə alınıb", - Çxaidze qeyd edib.

 

Onun sözlərinə görə, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formadadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu