Modern.az

İqtidar Saakaşvilinin partiyasını yasaqlamağı vəd edib

İqtidar Saakaşvilinin partiyasını yasaqlamağı vəd edib

21 Avqust 2024, 11:55

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası payızda keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını qadağan edəcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim partiya açıqlayıb.

 

Hakimiyyət həmçinin qələbə qazanacağı təqdirdə LGBT-yə qarşı mübarizə aparacağını və Cənubi Osetiya və Abxaziya ərazilərinin dinc yolla geri qaytarılmasını təmin edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu