Modern.az

Rusiya idxalçıları Qazaxıstandan pivə tədarük etmək istəyir

Rusiya idxalçıları Qazaxıstandan pivə tədarük etmək istəyir

21 Avqust 2024, 12:54

Rusiya idxalçıları Qazaxıstandan pivə alışına başlamağa çalışırlar.

 

Modern.az "Kommersant"a istiandən xəbər verir ki, Moskvanın "qeyri-dost" elan etdiyi ölkələrdən pivənin idxal rüsumlarının artırılmasını gözləyən Rusiya idxalçıları diqqətlərini Qazaxıstan istehsalçılarına yönəldiblər.

 

2024-cü il avqustun əvvəlində müxtəlif məhsulları sertifikatlaşdıran “Progress” sınaq bürosu Qazaxıstan pivəsi brendləri üçün uyğunluq bəyannaməsi alıb.

 

Bu ilin iyun ayında Başqırdıstandan olan "Oasis" şirkəti Kustanaydakı "Arasan" zavodundan "Erzmann Light" brendinin tədarükü, yazda isə "First" şirkət tərəfindən istehsal olunan "Hana Brew" və "Otaku" idxalı üçün ilk uyğunluq bəyannaməsini alıb.

 

Pərakəndə satış şəbəkələri hələ ki, qonşu respublikadan spirtli içkilərin idxalında artım müşahidə etməyiblər. Ekspertlər hesab edirlər ki, Qazaxıstan pivəsi gələcəkdə aşağı qiymət seqmentində öz yerini tuta bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu