Modern.az

Aralıq dənizində 1024 mühacir ölüb

Aralıq dənizində 1024 mühacir ölüb

Dünya

21 Avqust 2024, 15:57

Cari ilin əvvəlindən bu vaxtadək Aralıq dənizində 1024 mühacir ölüb və ya itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

 

Bildirilir ki, 2024-cü ilin əvvəlindən avqustun 17-dək Mərkəzi Aralıq dənizi marşrutu üzrə 421 qanunsuz miqrant boğularaq ölüb, 603 nəfər isə itkin düşüb. Hesabat dövründə 13 min 763 qanunsuz miqrant saxlanılaraq Liviyaya geri qaytarılıb. Onlardan 12 min 220-si kişi, 947-si qadın, 460-ı yetkinlik yaşına çatmayanlardır. 136 nəfər haqqında isə gender məlumatı yoxdur.

 

Qeyd edək ki, son illərdə on minlərlə insan daha yaxşı gələcək və təhlükəsiz həyat üçün Aralıq dənizindən keçərək “Köhnə qitəyə” üz tutmağa cəhd göstərir. Mərkəzi Aralıq dənizi marşrutu ən təhlükəli miqrasiya marşrutu hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu