Modern.az

Sabiq baş nazirin diplomatik pasportu ləğv edilib

Sabiq baş nazirin diplomatik pasportu ləğv edilib

22 Avqust 2024, 10:40

Banqladeşin müvəqqəti hökuməti sabiq baş nazir Şeyx Hasinanın diplomatik pasportunu ləğv etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Hindu” qəzeti Banqladeş Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

 

Bildirilir ki, Şeyx Hasinanın, eləcə də onun “Avami liqası” partiyasından olan keçmiş parlament üzvlərinin diplomatik pasportlarının ləğvi ilə bağlı rəsmi sərəncam “tezliklə” dərc olunacaq. Beləliklə, sabiq baş nazirin istefa verdiyi gün Hindistana gedərkən istifadə etdiyi sənəd qüvvəsini itirəcək.

 

Banqladeş Daxili İşlər Nazirliyinin təhlükəsizlik xidməti bu qərarı “bütün maraqlı tərəflərlə məsləhətləşdikdən sonra qəbul edib və artıq ölkənin bütün miqrasiya xidmətlərini bununla bağlı məlumatlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu