Modern.az

Gürcüstan hava limanları 1,8 milyon sərnişinə xidmət göstərib

Gürcüstan hava limanları 1,8 milyon sərnişinə xidmət göstərib

22 Avqust 2024, 14:38

2024-cü ilin ikinci rübündə Gürcüstan hava limanları 1,8 milyon sərnişinə xidmət göstərib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

 

Bu da ötən illə müqayisədə 25,3% çoxdur. Aprel-iyun aylarında hava limanları 911,4 min sərnişin qəbul edib, 882,7 min nəfər havaya qalxıb. Ümumilikdə 7,7 min sərnişin reysi həyata keçirilib.

 

Həmçinin hesabat dövründə 500 yük reysi həyata keçirilib ki, bu da ötən ilin göstəricilərindən 2,4 dəfə çoxdur. Daha əvvəl Hava Limanları Assosiasiyası bu il 6,5 milyon sərnişinə xidmət göstərməyi planlaşdırdıqlarını bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu