Modern.az

Dünyanın ən böyük almazı hasil olunub

Dünyanın ən böyük almazı hasil olunub

Dünya

22 Avqust 2024, 14:56

Kanadanın mədən şirkəti "Lucara Diamond" Botsvanadakı Karove mədənində 2492 karatlıq almaz kəşf etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

 

Bu, yer üzündə almaz hasilatının bütün tarixində çəkiyə görə ən böyük almazlardan biridir.

 

Əvvəllər həmin şirkət eyni yataqda 1758 karat (2019-cu ildə) Sevelo almazları və 1109 karatlıq Lesedi La Rona almazlarını (2015-ci ildə) aşkar etmişdi.

 

Rekordçu Cənubi Afrikada 1905-ci ildə Premyer mədənində hasil edilmiş 3016,75 karatlıq Cullinan almazı olaraq qalır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu