Modern.az

Gürcüstanın Azərbaycandakı səfirinin fəaliyyəti BAŞA ÇATIR

Gürcüstanın Azərbaycandakı səfirinin fəaliyyəti BAŞA ÇATIR

22 Avqust 2024, 15:15

Zurab Pataradze 2025-ci il yanvarın 1-də Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsini tərk edəcək.

 

Modern.az xəbər verir ki, müvafiq qərar Gürcüstan hökumətinin saytında dərc olunub.

 

Pataradzenin rotasiya müddəti başa çatır. Onun başqa ölkəyə səfir təyin edilib-edilməyəcəyi hələlik məlum deyil.

 

Pataradze 2018-ci ildən Gürcüstanın Azərbaycandakı səfiridir, 2016-2018-ci illərdə Acarıstan hökumətinə rəhbərlik edib, eyni zamanda Gürcüstanın Türkiyə və Qazaxıstandakı səfiri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu