Ermənistanın müdafiə naziri Suren Papikyan N saylı hərbi hissədə olub.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
"Nazir əvvəlcə hərbi hissənin qərargahına baş çəkib, korpus rəhbərliyinin işi, ayrı-ayrı qoşun növlərinin gecə-gündüz növbətçiliyi ilə tanış olub", - məlumatda deyilir.
Bildirilib ki, hərbi hissə komandiri hərbi birləşmənin cari fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.