Modern.az

Gürcüstanda belarus turisti zorlayan vəzifəli şəxs saxlanılıb

Gürcüstanda belarus turisti zorlayan vəzifəli şəxs saxlanılıb

Dünya

22 Avqust 2024, 17:45

Gürcüstanın Batum Nəbatat Bağının əməkdaşı belarus turisti zorlamaqda ittiham olunaraq saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Mtavari" telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, hadisə bir neçə həftə əvvəl parkda baş verib. Qadın iddia edir ki, kişi onu aldadaraq boş yerə aparıb və cinsi zorakılıq edib.

 

Məlumdur ki, iş materiallarında müşahidə kameralarının çəkilişləri, habelə məhkəmə-tibb ekspertlərinin rəyləri var. Prokurorluğun tələbi ilə Batum Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi istintaq bitənə qədər həbsdə saxlayıb.

 

Saxlanılan şəxs inkar edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi