Modern.az

Dünyanın ikinci ən böyük almazı

Dünyanın ikinci ən böyük almazı

Dünya

22 Avqust 2024, 18:59

Kanadanın Lucara Diamond Corp. kompaniyası Botsvanadakı Karowe mədənindən 2492 karatlıq almaz çıxarıb.

 

Modern.az xəbər verir ki, şirkətin vebsaytında yerləşdirilən məlumata görə, bu, indiyədək ölçüsünə görə dünyada tapılan ikinci ən böyük almazdır. Ən böyük almaz - 3106 karat ağırlığında olan Cullinan isə Cənubi Afrikada təxminən 120 il əvvəl tapılmışdı.

 

Karowe yatağı nəhəng daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə Lucara o zaman dünyada ikinci ən böyük almaz olan Lesedi La Rona almazını (1109 karat) aşkarlayıb. O, 53 milyon dollara satılıb. Yenə həmin yataqdan çıxarılan 813 karatlıq almaz rekord qiymətə - 63 milyon dollara alıcı tapıb.

 

Lucara əvvəllər burada 1758 karatlıq Sewelo almazını da tapmışdı, lakin o, qiymətli daş keyfiyyətinə malik deyildi. Yeni almazın keyfiyyəti hələ müəyyən edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi