Modern.az

Ukrayna "Qafqaz"ı vurdu, 15 nəfər itkin düşdü - VİDEO

Ukrayna "Qafqaz"ı vurdu, 15 nəfər itkin düşdü - VİDEO

Dünya

22 Avqust 2024, 20:59

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən Qafqaz limanına zərbələr endirib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya hakimiyyət orqanları məlumat yayıb.

 

Hakimiyyət Ukraynanın yanacaq çənləri olan dəmiryol bərəsinə hücum etdiyini bildirir. Regional əməliyyat qərargahından verilən məlumata görə, hadisə yerində yanğın başlayıb.

 

“Fövqəladə və xüsusi xidmət orqanları hadisə yerindədir. Yanğının baş verdiyi ərazi və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”, - Əməliyyat Qərargahının məlumatında deyilir.

 

Zərbələrdən sona Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

 

“Mash” teleqram kanalının məlumatına görə, Ukrayna hərbçiləri “Storm Shadow” qanadlı raketindən istifadə edib. Başqa mənbələr "Neptun" raketindən istifadə edildiyini yazır.

 

Krasnodar diyarının Temryuk rayonunun rəhbəri Fyodor Babenkov öz teleqram kanalında Ukraynanın hücumuna məruz qalan Qafqaz limanında dəmir yolu bərəsinin göyərtəsində 30 çən yanacaq olduğunu bildirib.

 

Babenkovun sözlərinə görə, bərə yerli vaxtla saat 16:30-da vurulub.

 

“Bərə ekipajı üzvlərinin, ölən və yaralananların sayı barədə məlumat dəqiqləşdirilir”, - deyə o bildirib.

 

Rusiya rəsmisi, həmçinin bildirir ki, hadisə yerində 12 yanğınsöndürmə briqadası və bir neçə xilasetmə qrupu işləyir.

 

Yerli nəşrlər yazır ki, barədə olan 15 nəfərdən xəbər yoxdur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi