Modern.az

Rusiyada qiyam çıxdı: Putin təcili iclas keçirir

Rusiyada qiyam çıxdı: Putin təcili iclas keçirir

Dünya

23 Avqust 2024, 16:41

Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər. Məlumatı Rusiya Federal Penitensiar Xidməti məlumatı təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, Xidmət bir əməkdaşının həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb.

 

Girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar. Rusiyanın teleqram kanalları Volqoqradda koloniyada insident zamanı 3 nəfərin öldüyü barədə məlumat yayıb. Əraziyə xüsusi təyinatlılar cəlb olunub.

 

Müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər. Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.

 

Koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib.

 

Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.

 

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirir. Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib. Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb.  O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyəcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi