Modern.az

"Mən istefa verməmişəm"

"Mən istefa verməmişəm"

Dünya

23 Avqust 2024, 23:51

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

"Görünür, istefa ilə bağlı rəsmi açıqlamalar yetərli olmayıb. Mən də yazım. Mən istefa verməmişəm. Sözügedən xəbərlər həqiqətə uyğun deyil. Ölkə iqtisadiyyatının idarə olunması komanda ruhunda davam etdirilir. Bir müddətdir ki, qəsdən gündəmi yalan xəbərlərlə doldurmağa cəhdlər edilir. Biz yalan hekayələrin iqtisadiyyatımıza və bazarlarımıza təsir etməsinə icazə verə bilmərik", - o qeyd edib.

 

Şimşek vurğulayıb ki, Mərkəzi Bankın ehtiyatları artıb, inflyasiyanın əhəmiyyətli və daimi azalması başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi