Modern.az

Kennedi mübarizəni dayandırdı - Trampı dəstəkləyəcək

Kennedi mübarizəni dayandırdı - Trampı dəstəkləyəcək

Dünya

24 Avqust 2024, 09:12

ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi mübarizədən çəkilib və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, məşhur ailənin üzvü olan R.Kennedi 2024-cü il seçkilərində 2 partiyanın mübarizəsi sistemini qırmağa çalışsa da seçki yarışında iştirak üçün lazımi dəstəyi qazana bilməyib. Onun seçkilərdə kimi dəstəkləməsi Pensilvaniyada məhkəmə müraciətində məlum olub. Arizonadakı çıxışından öncə məhkəməyə müraciət edən siyasətçi Donald Trampı dəstəklədiyini bəyan edib. O, seçkilərdən çəkildiyini açıqlayıb. Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi