Modern.az

Əlverişsiz hava şəraiti Gürcüstanda fəsadlar yaradıb

Əlverişsiz hava şəraiti Gürcüstanda fəsadlar yaradıb

24 Avqust 2024, 12:43

Gürcüstanın şərqindəki Kaxeti bölgəsində pis hava şəraiti problemlər yaradıb.

 

Modern.az xəbər verir ki, bölgəyə güclü külək əsməsi ilə yanaşı, dolu və yağış yağıb.

 

Evlərin damları qopub, ağaclar kökündən qopub, kənd təsərrüfatı sahələrinə ziyan dəyib, həyətyanı sahələri su basıb, Pankisi-Axmeta-Telavi istiqamətində yol zədələnib. Axmetada güclü külək elektrik xətlərini qoparıb, bir neçə kəndin sakinləri işıqsız qalıb.

 

“Xilasedicilər pis hava şəraitinin nəticələri ilə mübarizəni davam etdirir, dəymiş ziyan yaxın günlərdə hesablanacaq”, - Axmeta bələdiyyəsinin meri Aleksi Pitsxelauri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu