Modern.az

Rusiya İlan adasına hücum edib

Rusiya İlan adasına hücum edib

Dünya

24 Avqust 2024, 13:07

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, Rusiya raketlərlə İlan adasına hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Ukrayna Silahlı Qüvvələrinin Cənub Hərbi Hava Komandanlığının məlumatına görə, avqustun 23-dən 24-nə keçən gecə Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələri Qara dənizdəki İlan adası ərazisinə 4 ədəd X-22 qanadlı raketi atıb.

 

Bundan əlavə, Xerson bölgəsinə də idarə olunan hava bombaları ilə zərbələr endirilib.

 

Ukrayna hərbçiləri Rusiyanın zərbələrinin nəticələri barədə məlumat vermir.

 

Bəyanatda həmçinin bildirilir ki, son 24 saat ərzində Ukraynanın cənubunun hava hücumundan müdafiəsi beş kəşfiyyat PUA-nı vurub: “ZALA” – 2, “Supercam” – 1, “Orlan-10” – 1, “Merlin” – 1, həmçinin 2 "Lancet".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu