Modern.az

Qaraçay-Çərkəzdə meşə yanğını

Qaraçay-Çərkəzdə meşə yanğını

24 Avqust 2024, 14:51

RF Qaraçay-Çərkəzin Dombay rayonunda 263 hektar meşə sahəsi yanıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Aktiv yanma sahəsi 15 hektardır və yanğınsöndürənlər yanğını söndürməkdə davam edir.

 

Qurumdan bildiriblər ki, çətin keçilən yerlərdə baş verən yanğının söndürülməsi üçün Ka-32 helikopteri gətirilib və artıq 12 məqsədli su buraxılışı həyata keçirilib.

 

Avqustun 22-də Teberdin Milli Parkının ərazisində meşə yanğını başlayıb. Fövqəladə vəziyyət zonasından 236 nəfər təxliyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu