Modern.az

ABŞ Ukraynaya yeni növ silahlar da verəcək?

ABŞ Ukraynaya yeni növ silahlar da verəcək?

Dünya

24 Avqust 2024, 17:36

ABŞ Kursk əməliyyatı kontekstində Ukraynaya göndərilən silah paketlərinin tərkibini dəyişdirib-dəyişdirməməyi müzakirə edir.

 

Modern.az xəbər verir ki, bunu "The Washington Post" yazıb.

 

Bayden administrasiyasında daxili müzakirələr daha çox zirehli texnikanın təmin edilməsinə və ya ukraynalılara ələ keçirilən Rusiya torpaqlarında özünü müdafiə etməyə kömək edə biləcək müəyyən sursat və digər avadanlıqların çatdırılmasını sürətləndirməyə yönəldilib.

 

Bununla belə, Birləşmiş Ştatlar hələ də "Kiyevə Kursk vilayətində nəzarət etdikləri ərazinin bir hissəsini saxlamağa və bəlkə də genişləndirməyə kömək etməyə dəyərmi" qərarını verməyib.

 

"Amerikalılar Ukraynanın ümumi hücum strategiyasından əmin olmadıqlarını deyirlər və Ukrayna Silahlı Qüvvələrinin Amerika silahlarından asılılığı ABŞ və NATO-nun Rusiya ilə münaqişəsinin birbaşa eskalasiyası qorxusunu canlandırıb", - məqalədə deyilir.

 

Ağ Ev bildirir ki, Ukraynanın Rusiya Federasiyası daxilində əraziləri ələ keçirmək məqsədləri barədə hələlik dəqiq təsəvvürü yoxdur. Lakin eyni zamanda, ABŞ administrasiyasının və hərbçilərinin bəzi nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin uğurlarına heyran olduqlarını bildiriblər və qeyd ediblər ki, ukraynalılar keçən ilki əks-hücum zamanı istifadə etmək istəmədikləri və ya edə bilmədikləri bəzi taktikalardan istifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi