Modern.az

Zelenski həmyerlimizi təltif etdi 

Zelenski həmyerlimizi təltif etdi 

24 Avqust 2024, 23:59

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançını təltif edib.

 

Modern.az bu barədə Ukrayna Prezidentinin saytına istinadən xəbər verir.

 

Ukraynanı Paris Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə təmsil edən Pərviz Nəsibov "2-ci dərəcəli xidmətə görə" ordeni ilə təltif olunub.

 

Qeyd edək ki, Pərviz Nəsibov “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu