Modern.az

Hizbullah İsrailə hücum etdi - 150 raket atıldı

Hizbullah İsrailə hücum etdi - 150 raket atıldı

Dünya

25 Avqust 2024, 08:14

Livanın Hizbullah hərəkatı İsrail ərazisinə hücum edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə doğru 150-yə yaxın raket və pilotsuz uçuş aparatı atılıb.

 

Hücum iyulun sonunda Beyrutda Hizbullahın hərbi komandiri Fuad Şükrünün öldürməsinə cavab olaraq həyata keçirilib.

 

İsrail hücumdan bir müddət əvvəl Livana qabaqlayıcı zərbə endirib. İsrail ordusu Hizbullah tərəfindən "geniş miqyaslı hücum" üçün hazırlıqlar aşkarladığını bildirib. *Əl-Mayadeen" telekanalının məlumatına görə, İsrailin zərbələri təxminən 20 dəqiqə davam edib. Təl-Əvivdəki Ben Qurion hava limanı bir neçə saat bağlanıb.

 

"Ynet" portalının məlumatına görə, Livan ərazisindən ümumilikdə 150-yə yaxın mərmi atılıb. Onların bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. İsrail mediasının məlumatına görə, azı bir nəfər yaralanıb.

 

İsrailin müdafiə naziri Yoav Qalant ölkədə iki günlük fövqəladə vəziyyətin tətbiq edildiyini açıqlayıb. Bu vəziyyət hərbçilərə məhdudiyyətlər tətbiq etməyə imkan verir.

 

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri ilə görüş keçirib. Müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edib. O, qabaqlayıcı zərbələr barədə məlumat verib. Tərəflər “regional eskalasiyanın qarşısının alınmasının” vacibliyini müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi