Modern.az

İsrailin 11 hərbi bazası HƏDƏF ALINDI

İsrailin 11 hərbi bazası HƏDƏF ALINDI

25 Avqust 2024, 10:24

Hizbullah bəyan edib ki, əməliyyatımızın 1-ci mərhələsi uğurla başa çatıb.

 

Modern.az MEHR Agentliyinə istinadən xəbər verir ki, bu barədə Livan Hizbullah Əməliyyatı tərəfindən bəyanat yayılıb.

 

Livan tərəfi bildirib ki, Hizbullah Əməliyyatı Fuad Şükürün öldürülməsinə cavab olaraq bu səhər İsrailə hücum edib.

 

Hizbullah əməliyyatı ilə bağlı yayılan məlumata görə, cavab əməliyyatının birinci mərhələsi uğurla başa çatıb.

 

Açıqlamada, "İşğal olunmuş ərazilərə 320 raket atılıb və 11 hərbi baza hədəfə alınıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu