Modern.az

Bu məktəblərdə mobil telefon qadağan edilir

Bu məktəblərdə mobil telefon qadağan edilir

Dünya

26 Avqust 2024, 08:59

Bu gündən etibarən Belçika məktəblərində mobil telefon qadağan edilir.

 

Modern.az xəbər verir ki, qadağa ibtidai və orta məktəblərə şamil edilir. Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq şagirdlərin mobil telefondan istifadəsinə də qadağa qoyulub. Qadağa təkcə dərs deyil, tənəffüs vaxtına da aiddir.

 

Yeni qaydanı valideynlər təqdir etsələr də, şagirdlərin ürəyincə deyil. Pedaqoqların fikrincə şagirdlərin böyük əksəriyyətinin imtahanlarda pis nəticə göstərməsinə səbəb mobil telefon asılılığıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır