Gürcüstanın Qurcaani şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ardınca güclü yanğın baş verib.
Bir nəfər yaralanıb və xəstəxanaya aparılıb. Yanacaqdoldurma məntəqəsində dayanan avtomobil tamamilə yanıb. Yanacaqdoldurma məntəqəsinin özünə ziyan dəyib.
Partlayışın səbəbinin nə olduğu məlum deyil. Polis hadisə yerindədir.