Modern.az

Çin 7 şirkəti cərimələyib - SƏBƏB

Çin 7 şirkəti cərimələyib - SƏBƏB

26 Avqust 2024, 10:58

Çin hakimiyyəti zəhərli maddələrin daşınması üçün nəzərdə tutulmuş çənlərdə yeyinti yağını daşıdığına görə 7 şirkəti ümumilikdə 1,5 milyon dollar cərimələyib.

 

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, ən böyük cəriməni "Sinograin" dövlət şirkətinin bölməsi alıb - 401 min dollar.

 

Qanun pozuntuları iyulda məlum olub. Cərimələr Çin Dövlət Şurasının Qida Təhlükəsizliyi İdarəsi tərəfindən aparılan araşdırmadan sonra şirkətlərə verilib. Kimyəvi maddələr üçün çənlərdə neft daşıyan 2 sürücü də məsuliyyətə cəlb edilib.

 

Qeyd olunub ki, Çin səlahiyyətliləri 2008-ci ildə 300 min insanın saxta süddən zəhərləndiyi hadisədən sonra qida qalmaqallarına həssas yanaşır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu