Modern.az

Pavel Durov daha 48 saat həbsdə qalacaq

Pavel Durov daha 48 saat həbsdə qalacaq

27 Avqust 2024, 13:02

Fransada saxlanılan "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanma müddəti uzadılıb.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, o, kibercinayətlə bağlı istintaq çərçivəsində daha 48 saata qədər polis nəzarətində qalacaq.

 

Qeyd edək ki, Durov şənbə günü həbs edilib və ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu