Modern.az

Türkiyədə neçə siyasi partiya fəaliyyət göstərir? - RƏSMİ

Türkiyədə neçə siyasi partiya fəaliyyət göstərir? - RƏSMİ

Dünya

27 Avqust 2024, 17:44

Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların sayı 151-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Yarqıtayın saytında dərc olunan məlumata görə, Türkiyədə 151 siyasi partiya fəaliyyət göstərir.

 

Saytdakı “fəaliyyətdə olan siyasi partiyalar” siyahısına əsasən, Böyük Türkiyə Partiyası, Ədalət və Çağırış Partiyası, Sosialist Güc Partiyası və Güclü Anadolu Partiyası avqustun 19-da, Respublika Aydınlıq Partiyası isə 21 avqustda təsis edilib.

 

Bu partiyaların da əlavə olunması ilə Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların sayı 151-ə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu