Modern.az

Ermənistan konstitusiyasını dəyişir - Tarix AÇIQLANDI

Ermənistan konstitusiyasını dəyişir - Tarix AÇIQLANDI

29 Avqust 2024, 14:24

Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə bildirib.

 

Konstitusiya komissiyasının növbəti iclası sentyabrın 5-də baş tutacaq. Eyni zamanda, Konstitusiyanın ilk 3 maddəsinə edilən dəyişikliklər və Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması məsələsi müzakirə olunmur.

 

"Biz müzakirə etdik və konsensusa gəldik - bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır. Hazırda əsas diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və konstitusiya islahatlarının təşəbbüskarları bu normanı gələcək Konstitusiyada təsbit etmək istəyirlər", - nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu