Modern.az

Almaniya son 3 ildə rekord həddə aşağı inflyasiyaya çatıb

Almaniya son 3 ildə rekord həddə aşağı inflyasiyaya çatıb

29 Avqust 2024, 16:56

Almaniya son 3 ildə rekord həddə aşağı inflyasiya səviyyəsinə çatıb.

 

Modern.az xəbər verir ki, avqustda rəsmi məlumatlara görə, göstərici proqnozlaşdırılan 2,1% əvəzinə cəmi 1,9% təşkil edib.

 

Müqayisə üçün qeyd edək ki, iyulda Almaniyada inflyasiya 2,3%, iyunda 2,2% səviyyəsində olub. Analitiklər inflyasiyanın zəifləməsinin əsas səbəbini enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər. İl ərzində 5,1% ucuzlaşıb. Öz növbəsində ərzaq və xidmətlərin qiymətləri artıb.

 

Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyada aprel-iyun aylarında real əmək haqqı illik müqayisədə 3,1%, nominal əmək haqqı eyni vaxtda 5,4%, inflyasiya isə 2,3% artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu