Modern.az

Serbiya Fransadan qırıcı təyyarələr alıb

Serbiya Fransadan qırıcı təyyarələr alıb

30 Avqust 2024, 07:58

Serbiya Fransa istehsalı olan 12 ədəd “Rafale” döyüş təyyarəsi alıb.

 

Modern.az xəbər verir ki, qırıcı təyyarələrin satışı ilə bağlı müqavilə Serbiya Prezidenti Aleksandar Vuçiçin fransalı həmkarı Makronla Belqradda keçirdiyi görüşdə imzalanıb.

 

Aleksandar Vuçiç 2,7 milyard avroluq müqavilənin imzalanmasının ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Serbiyanın Qərbi Balkan regionunda vəziyyətin tam sabit və təhlükəsiz olmasını istədiyini vurğulayıb.

 

Müqavilə köməkçi logistika paketi ilə imzalanıb və qırıcı təyyarələr Serbiyanın mülkiyyətində olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu