Modern.az

Rusiya Ukraynanı vurdu - Yaralılar var

Rusiya Ukraynanı vurdu - Yaralılar var

30 Avqust 2024, 11:26

Rusiya ordusunun hava hücumu nəticəsində Ukraynanın Sumı vilayətində 9 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

 

"RBC-Ukrayna"nın məlumatına görə, uşaq qidası qablaşdırma istehsal edən şirkət hücuma məruz qalıb. Zavodda yanğın başlayıb.

 

Ümumilikdə, avqustun 30-na keçən gecə Rusiya hərbçiləri bir “İsgəndər-M” ballistik raketi və 18 kamikadze pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib. 12 pilotsuz təyyarə vurulub, 4-ü özü düşüb. Hava hücumundan müdafiə sistemi Vinnitsa, Nikolaev, Dnepropetrovsk, Xerson və Sumi vilayətlərində fəaliyyət göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu