Modern.az

BƏƏ Fransadan 80 "Rafale" almaq fikrindən daşınmayıb - NAZİRLİK

BƏƏ Fransadan 80 "Rafale" almaq fikrindən daşınmayıb - NAZİRLİK

30 Avqust 2024, 12:20

Fransa Müdafiə Nazirliyi Pavel Durovun saxlanması səbəbindən BƏƏ-nin 80 "Rafale" qırıcısı sifariş etməkdən imtina etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Modern.az xəbər verir ki, müqavilənin ləğvi ilə bağlı xəbərlər bir neçə gün əvvəl ortaya çıxmağa başlayıb. 

 

Fransa Müdafiə Nazirliyi onları "dezinformasiya əməliyyatının bir hissəsi" adlandırıb.

 

Parisdə bunu kimin həyata keçirdiyi dəqiqləşdirilməyib. Fransa televiziyası Rusiyanın teleqram kanallarını yalan məlumat yaymaqda ittiham edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu