Modern.az

Rusiyada terrorçuluqda suçlanan 15 yaşlı məktəbli təcridxanada 8 kq ARIQLAYIB

Rusiyada terrorçuluqda suçlanan 15 yaşlı məktəbli təcridxanada 8 kq ARIQLAYIB

30 Avqust 2024, 12:34

Rusiyada terrorçuluq ittihamı ilə həbs olunan 15 yaşlı məktəbli, 9-cu sinif şagirdi Arseni Turbin istintaq təcridxanasından məktub yazaraq təcridxanadakı həyatından və həbsxanada 8 kiloqram arıqlamasından narahatlığını çatdırıb.

 

Modern.az "Mediazona"ya istinadən xəbər verir ki, "Memorial" təşkilatı onu siyasi məhbus kimi tanıyıb.

 

İyun ayında hərbi məhkəmə onu terror təşkilatında iştirak ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edib.

 

Oryol vilayətindən olan 9-cu sinif şagirdinin “Rusiya Azadlığı Legionu”ndan (Rusiyada terror təşkilatı hesab olunur) olan şəxslə yazışdığına görə istintaqa cəlb olunduğu bildirilir.

 

Xatırladaq ki, Rusiyada dövlətə xəyanətdə suçlanaraq həbs olunan digər məktəbli - Kevin Lik Moskva və Qərb arasındakı məhbus mübadiləsində azadlığa çıxmışdı.

Bu xəbər ilə bağlı
"Dövlətə xəyanət"də suçlanıb mübadilədə azad olan məktəbli: Anamı görmək istəyirəm...
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu