Modern.az

F-16 qəzasından sonra Zelenski onu işdən çıxardı

F-16 qəzasından sonra Zelenski onu işdən çıxardı

Dünya

30 Avqust 2024, 22:55

Ukrayna Prezidenti Volodimir Zelenski Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuku vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, sərəncam imzalayıb.

 

Oleşçuk həftənin əvvəlində Qərb tərəfindən verilən F-16 qırıcısının qəzaya uğramasından sonra işdən çıxarılıb.

 

Qeyd edək ki, “The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb.

 

Ukrayna rəsmiləri daha sonra qırıcının qəzaya uğradığını təsdiqləyib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza