Modern.az

Moskva Neft Emalı Zavoduna PUA-larla hücum EDİLDİ

Moskva Neft Emalı Zavoduna PUA-larla hücum EDİLDİ

Dünya

1 Sentyabr 2024, 08:27

Moskva Neft Emalı Zavodunun ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin teleqramında bildirib.

 

O qeyd edib ki, PUA-lar vurulub, dağıntı və tələfat yoxdur: "Moskva neft emalı zavodunun işinə heç bir təhlükə yoxdur”.

 

Merin sözlərinə görə, daha bir PUA Moskvaya yaxınlaşarkən şəhərin Ramenski rayonunda vurulub.

 

Ümumilikdə 9 PUA-nın vurulduğu qeyd olunub.

 

Ukrayna hakimiyyəti sentyabrın 1-nə keçən gecə kütləvi PUA hücumlarını şərh etməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza