Modern.az

Pakistanda 4 nəfərdə meymunçiçəyi aşkarlandı

Pakistanda 4 nəfərdə meymunçiçəyi aşkarlandı

Dünya

1 Sentyabr 2024, 18:05

Pakistanın Hayber-Paxtunxva əyalətində növbəti meymunçiçəyi xəstəsi qeydə alınıb. Bununla da ölkə ərazisində meymunçiçəyi xəstələrinin sayı 4 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, Hayber-Paxtunxva əyalətinin İctimai Səhiyyə üzrə direktoru İrşad Əli Roqaninin sözlərinə görə, xəstə Peşəvar Hava Limanında simptomlarını büruzə verdikdən sonra dərhal yerli xəstəxanalardan birinə yerləşdirilib.

 

Meymunçiçəyi virusu daşıyıcılarından digər iki nəfər də Peşəvar Hava Limanında aşkar olunmuşdu.

 

Bundan əlavə, Sind əyalətinin Səhiyyə şöbəsindən verilən məlumata görə, Kəraçi Cinna Beynəlxalq Hava Limanında da şübhəli şəxs yaxalanıb.

 

Pakistanın Milli Səhiyyə Nazirliyinin məlumatında meymunçiçəyi virusunun ölkədə nəzarət altında olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza