Rusiya Ukraynanın sərhəddə yerləşən Sumı vilayətini atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə Sumı polisi məlumat yayıb.
Bildirilir ki, Rusiyanın vilayət mərkəzinə endirdiyi zərbə zamanı dördü uşaq olmaqla 13 nəfər yaralanıb.
Polisin məlumatına görə, bir təhsil müəssisəsi və ən azı beş beşmərtəbəli binaya ziyan dəyib.
Həmçinin Sumidəki sənaye müəssisələrinə üç idarə olunan bomba atılıb, rəsmilər bir işçinin yaralandığını bildirib.