Modern.az

İsraildən Qəzzadakı girovlarla bağlı Rusiyaya MÜRACİƏT

İsraildən Qəzzadakı girovlarla bağlı Rusiyaya MÜRACİƏT

Dünya

2 Sentyabr 2024, 09:48

İsrail Qəzzadakı girovların azad olunmasına yardım edilməsi ilə bağlı Rusiyaya müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

 

Netanyahu bu addımı ABŞ, Qətər və Misirin iştirakı ilə HƏMAS-la aparılan danışıqlarda ləng irəliləyiş fonunda atıb.

 

İsrailin baş naziri Rusiya tərəfi ilə girov məsələsini müzakirə edib. Məlumdur ki, Kreml Rusiya vətəndaşlığı olan girovların taleyi ilə bağlı HƏMAS-la əlaqə saxlayır.

 

İsraildə girovlarla bağlı böyük böhran yaşanır. HƏMAS tunellərində 6 ölü girov tapıldıqdan sonra müxalifət Netanyahunu hərəkətsizlikdə ittiham etməyə başlayıb və bu gün tətil elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza