Modern.az

Almaniya yerli seçkiləri: Rusiyayönümlülər 61,7 faiz səs toplayıb

Almaniya yerli seçkiləri: Rusiyayönümlülər 61,7 faiz səs toplayıb

Dünya

2 Sentyabr 2024, 10:28

Almaniyanın Türingiya əyalətindəki yerli seçkilərdə rusiyayönümlü partiyalar 61,7% səs toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Almaniyanın şərqindəki Türingiya federal əyalətində Landtaqa (yerli qanunverici orqan) seçkilər keçirilib. Yerli statistika idarəsi ilkin nəticələri dərc edib.

 

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) 32,8% səs, Sara Vaqenknext İttifaqı (BSW) - 15,8%, Sol Partiya - 13,1% səs toplayıb. Onların hamısı Ukraynanı dəstəkləməyin əleyhinədir, Rusiyanı razı salmağın və Vladimir Putinlə dialoqun tərəfdarıdır.

 

İndi regionun partiyalarını yeni hakim koalisiya yaratmaq üçün uzunmüddətli danışıqlar gözləyir. Heç biri AfD ilə müttəfiq olmaq istəmir. CDU, BSW və Sol Partiyanın ittifaqı mümkündür, lakin onlar siyasi spektrin müxtəlif uclarını (sağ mühafizəkarlar və ultra solçular) təmsil edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza