Modern.az

Almaniya yerli seçkiləri: İfrat sağçılar 30 faizi ötüb...

Almaniya yerli seçkiləri: İfrat sağçılar 30 faizi ötüb...

Dünya

2 Sentyabr 2024, 10:36

Almaniyanın Saksoniya əyalətində yerli seçkilərdə rusiyayönümlü partiyalar 46,9% səs toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Almaniyanın şərqindəki Saksoniya federal əyalətində Landtaqa seçkilər keçirilib. Yerli statistika idarəsi ilkin nəticələri açıqlayıb. 

 

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) 30,6%, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8%, Sol Partiya - 4,5% səs toplayıb. Onların hamısı Ukraynanı dəstəkləməyin əleyhinə, Rusiyanı sakitləşdirməyə və Vladimir Putinlə dialoqa tərəfdardırlar.

 

İndi regionun partiyalarını yeni hakim koalisiya yaratmaq üçün uzunmüddətli danışıqlar gözləyir. Heç biri AfD ilə müttəfiq olmaq istəmir. Bu partiya isə artıq solçu BSW də daxil olmaqla hamı ilə dialoqa açıq olduğunu bildirib. CDU, SPD və Yaşılların əvvəlki koalisiyası artıq mümkün deyil.

Bu xəbər ilə bağlı
Almaniya yerli seçkiləri: Rusiyayönümlülər 61,7 faiz səs toplayıb
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza