Modern.az

Namizəd seçkilərə "Niva"da GƏLDİ

Namizəd seçkilərə "Niva"da GƏLDİ

Dünya

2 Sentyabr 2024, 10:44

Almaniyanın Türingiya əyalətində ifrat sağçıların lideri seçkilərə “Niva”da gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

 

Türingiya Landtaqına keçirilən seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) 32,8% səslə qalib gəlib. Yerli AfD təşkilatı Almaniyada ən radikalı hesab olunur. Bu yerli təşkilatın lideri Byorn Höke nasist simvollarına görə mühakimə olunub.

 

Bazar günü o, mavi rəngli “Niva” markalı avtomobillə seçki məntəqəsinə gəlib. Avtomobilin arxasınca mühafizəsi olan qara rəngli "BMW" gəlib. Almaniyalı jurnalistlər hesab edirlər ki, Höke bununla keçmiş ADR-in bəzi sakinləri arasında geniş yayılmış sosializm nostaljisi üzərində oynamaq istəyib. Əvvəllər siyasətçi artıq “Niva” ilə kampaniya videolarında çəkilib. AfD-nin qələbəsinə baxmayaraq, Höke öz seçki dairəsində CDU-nun namizədinə uduzub.

Bu xəbər ilə bağlı
Almaniya yerli seçkiləri: Rusiyayönümlülər 61,7 faiz səs toplayıb
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza