Cənubi Koreya polisi "Telegram"la bağlı araşdırmalara başlayıb.
Modern.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, işin başlanmasına səbəb platformanın "porno deepfake"lərin yayılmasını təşviq etdiyinə dair şübhələr olub.
Avqustun sonunda polisə koreyalı qadınların foto və videolarından istifadə edilən saxta seksual məzmunla bağlı 88 şikayət daxil olub. 24 şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Milli Təhqiqatlar Bürosunun rəhbəri Vu Conq-su mətbuat konfransında bildirib ki, "Telegram"ın hesab məlumatları kimi lazımi informasiyaları təqdim etməməsi istintaqı çətinləşdirir. Onun sözlərinə görə, istintaq Fransanın istintaq orqanları və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.