Modern.az

Helikopter qəzası - 22 cəsəd TAPILDI

Helikopter qəzası - 22 cəsəd TAPILDI

Dünya

2 Sentyabr 2024, 12:26

Rusiyanın Kamçatka bölgəsində helikopterin qəzaya uğradığı yerdə ölən 22 nəfərin hamısının cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə fövqəladə hallar orqanları məlumat yayıb.

 

Ölənlər 19 turist və 3 ekipaj üzvüdür. Onların arasında Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseni Zamyatin və həyat yoldaşı da olub. Tətil üçün Kamçatkaya uçurmuşlar. Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün Petropavlovsk-Kamçatskiyə aparılıb. Axtarış əməliyyatı başa çatıb.

 

“Vityaz-Aero” aviaşirkətinin Mi-8 helikopteri avqustun 31-i səhər saatlarında qəzaya uğrayıb. O, Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu ilə hərəkət edib. Vertolyot vulkandan 19 nəfərlik turist qrupu götürməli imiş, lakin Moskva vaxtı ilə səhər saat 7 radələrində ekipaj əlaqəni dayandırıb.

 

Rusiya İstintaq Komitəsinin Kamçatka nəqliyyat təhqiqat şöbəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə (CM-nin 263-cü maddəsi) araşdırma aparır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza