Modern.az

Papikyan Gürcüstanın baş naziri ilə GÖRÜŞÜB

Papikyan Gürcüstanın baş naziri ilə GÖRÜŞÜB

Dünya

2 Sentyabr 2024, 14:20

Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstanda rəsmi səfərdədir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Papikyan artıq gürcü həmkarı İrakli Çikovani ilə görüşüb.

 

Tərəflər ölkələrin müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına daxil olan məsələləri müzakirə ediblər.

 

Erməni nazir baş nazir İrakli Kobaxidze ilə də görüşüb. Görüşdə ölkələr arasında dostluq əlaqələri və müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub. Tərəflər regionda sülhün təmin olunması üçün birgə səylərin vacibliyindən də danışıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza