Modern.az

Rumıniya Ukraynaya "Patriot" VERİR

Rumıniya Ukraynaya "Patriot" VERİR

2 Sentyabr 2024, 15:56

Rumıniya hökuməti "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Agentlik yazır ki, kompleks Rumıniya parlamenti müvafiq qanun layihəsini təsdiqlədikdən sonra Ukraynaya gedəcək. Rumıniyanın “Patriot”u NATO ölkələrinin Ukraynaya vəd etdiyi 5 hava hücumundan müdafiə sistemindən biri olacaq.

 

Bunun müqabilində Rumıniya müttəfiqlərindən oxşar hava hücumundan müdafiə sistemi almağı gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza