Modern.az

Ermənistanda 549 qızılcaya yoluxma halı qeydə alınıb

Ermənistanda 549 qızılcaya yoluxma halı qeydə alınıb

Dünya

2 Sentyabr 2024, 16:16

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi respublikada qızılca ilə bağlı vəziyyəti təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

 

Mərkəzin məlumatına görə, 2024-cü ildə 549 qızılcaya yoluxma halı təsdiqlənib.

 

Onlardan 329-u uşaq, 220-si böyükdür. Avqustun 26-dan sentyabrın 2-dək olan həftə ərzində 1 qızılcaya yoluxma faktı təsdiqlənib, bir nəfər xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza