Modern.az

Putin Qızılda: Rusiyanın ən böyük buddist məbədinə baş çəkib

Putin Qızılda: Rusiyanın ən böyük buddist məbədinə baş çəkib

Dünya

2 Sentyabr 2024, 17:24

Rusiya prezidenti Vladimir Putin Tuvanın paytaxtı Qızılda ölkənin ən böyük buddist məbədi olan Tubten Şedrub Linq kompleksini ziyarət edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Putin səhər saatlarında Tuvaya səfər edib.

 

Qızılda o, məktəblərin birində “Vacib şeylər haqqında danış” adlı açıq dərs keçirib və respublika rəhbərliyi ilə görüşüb. Vladimir Putin Tuvaya səfərindən sonra sentyabrın 3-də Monqolustana səfər etməyi planlaşdırır. Sonra o, Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcək.

 

"Thubten Shedrub Ling" 28 aprel 2023-cü ildə açılıb, monastır ölkənin ən böyük buddist məbədi hesab olunur. Tikinti yeri 1992-ci ildə Rusiyaya ilk və yeganə səfəri zamanı 14-cü Dalay Lama tərəfindən xeyir-dua alıb. Monastırın tikintisinə 2014-cü ildə başlanılıb və 2020-ci ildə Dalay Lama məbədə ad verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza